Jul 03, 2017 15:52 Asia/Baku
  • Höccətulislam Seyid Əmmar Həkim
    Höccətulislam Seyid Əmmar Həkim

İraq Ali İslam Məclisinin sədri İslami Radio və Televiziyaların Baş Assambleyasının doqquzuncu iclasında deyib: Biz İraqda İŞİD-i fürsətə çevirdik və onların xarabalıqlarından müsəlmanlar arasında real bir vəhdət yaratdıq ki, bu vəhdət onarın qələbəsinə səbəb oldu. O, vurğulayıb ki, bu yolda qüdrətli İran İslam Respublikası İraqın kənarındadır.

Höccətulislam Seyid Əmmar Həkim əlavə edib: Müsəlmanların sonrakı problemi, sionist rejimin dost, İranın isə düşmən kimi təqdim edilməsidir və biz bu fitnələrə, məzhəbçiliyə, millətçiliyə və düşmənlərin digər planlarına sayıqcasına qalib gəlməliyik.

İranın Milli Ali Təhlükəsizlik Şurasının katibi də bildirib ki, həcc və ərbəyin kimi iki böyük hadisə müsəlmanların toplanış bazası sayılır. O, deyib: İslam mediaları bu iki hadisəni elə bir səmtə yönəltməlidirlər ki, İslam dünyasının əsas problemi, yəni Fəlsətin məsələsi onda özünü göstərmiş olsun.

Həmas-ın siyasi bürosunun sədri də video-konfrans vasitəsilə verdiyi müraciətdə bildirib ki, medialar əcnəbilərin müdaxilələri və təkfirçi qruplar ilə mübarizədə mühüm rol oynayırlar. O, deyib: İslam dünyasında birlik hazırkı şəraitə əsasən, olduqca səmərəlidir və müqavimət sayəsində İslamın yüksək hədəflərinə nail ola bilərik.

36 İslam ölkəsi və 230 kanaldan olan 600 daxili və xarici qonaq region və İslam dünyasının ən mühüm hadisələri, həmçinin islami medialar arasında daha çox inteqrasiya barədə fikir mübadiləsi aparıblar.

"Bu gün öz birlik və həmrəyliyimizlə sionist rejimlə mübarizədən əlavə, düşmənlərin bir çox təfriqəsalma planlarını nakam qoya bilərik".

"Əgər islami medialar hegemonçuluq sisteminin tabeliyində olan mediaların geniş dalğası qarşısında vahid cəbhə yarada bilərlərsə, islami ölkələrdə təsirli ola bilərlər".

"Allaha şükür, festival bölmələrində xəbərin yaradılmasın sahəsində inteqrasiya olduqca yaxşı fürsətlər yaradıbdır. Və təmiz media məhsullarının təqdimatı üçün zəmin yaranıbdır.

Ən yaxşı islami kanalın seçilməsi, şəhidlərin ailələrinin yüksək dəyərləndirilməsi, İslam dünyasının ən yaxşı kinematoqrafının seçilməsi, həmçinin İraq, Suriya, Livan və Yəmən barədə sənədli filmlərin nümayiş etdirilməsi bu iclasın ən mühüm bölmələrindəndir.

Teqlər

Şərhlər