Fev 11, 2018 13:40 Asia/Baku
  • Şəmxani: Sionist rejimin istədiyini edib, məsuliyyətdən boyun qaçırtdığı dövr arxada qalıb

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi İsrail qırıcısının Suriyada vurulmasına işarə edərək, deyib: Suriya sionist rejimə, istədiyini edib, məsuliyyətdən yaxasını kənara çəkdiyi zamanların keçmişdə qaldığını göstərmiş oldu.

Əli Şəmxani bazar günü 22 bəhmən yürüşündə iştirakı zamanı, sionist rejimin İran PUA-sının İsrailə hücum etməsi ilə bağlı iddiası haqda jurnalistlərin sualını cavablandırarkən deyib: Bu söz ümumiyyətlə məntiqsizdir. Çünki, PUA-nı təyyarə ilə vurmurlar.

İranın Milli Təhlükəsizlik Şurasının katibi sionistlərin Suriya ərazisində Suriyanın və İranın bazalarını hədəfə almaları ilə bağlı iddialarını da yalan adlandırıb və deyib: İran Suriyada sadəcə hərbi məsləhətçilərə malikdir.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də Tehranda 22 bəhmən yürüşündə iştirakı zamanı, İran xalqını İslam Respublikası quruluşunun ən böyük strateji sərmayəsi adlandırıb və deyib: İran İslam İnqilabı təhlükəsizliyi olmayan bir məntəqədə xalq üçün ən çox təhlükəsizliyi yaradıb.

Zərif həmçinin sionist rejim qırıcısının Sriyada vurulması haqda da deyib: Sionistlər öz hücumlarını heç bir reaksiya ilə üzləşmədən davam etdirməyə adət etmişdilər. Amma, artıq bu vəziyyət başa çatmışdır.

Şənbə günü səhər İsrail qırıcıları neçənci dəfə olaraq, Suriyanın hava zonasına təcavüz edərək, Dəməşqin ətrafında bəzi məntəqələri hədəfə alıblar. Bunun ardınca Suriya ordusunun havadan müdafiə qüvvələri İsrailin bir ədəd F-16 qırıcısını hədəfə alaraq, yerə salıb.

Teqlər

Şərhlər