Nov 03, 2018 12:17 Asia/Baku
  • İran misirli xristianlara hücumu pislədi
    İran misirli xristianlara hücumu pislədi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Misirdə misirli xristianları daşıyan avtobusa terror hücumunu pisləyib.

İRNA-nın verdiyi məlumata görə, Bəhram Qasimi dünən bu hücumu nifrətdoğuran hərəkət adlandırıb və qurbanların ailələri və yaralıların dərdlərini bölüşüb. 

Dünən Misirin Suhac vilayətində misirli Qibti xristianları daşıyan avtobusa edilən terror hücumunda 7 nəfər ölüb və 14 nəfər yaralanıb. 

Terrorçu İŞİD qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürüb. 

Teqlər

Şərhlər