Jan 01, 2019 16:58 Asia/Baku
  • General Salehi: İranın silahlı qüvvələri qüdrətin zirvəsində dururlar
    General Salehi: İranın silahlı qüvvələri qüdrətin zirvəsində dururlar

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi deyib ki, İranın silahlı qüvvələri hər bir təhdidlə qarşılaşmaq üçün hazırlıq və qüdrətin zirvəsində dururlar.

General-mayor Ətaullah Salehi IRNA ilə müsahibədə əlavə edib: İran İslam Respublikasına qarşı sanksiyaların İranın müdafiə gücünə heç bir təsiri olmayıb və olmaycaqdır. Düşmənlər bu məsələni yaxşı bilirlər.

General-mayor Salehi deyib: Amerika prezidenti Donald Trampın bu ölkənin bazalarına baş çəkmək üçün İraqa olan gizli və öncədən elan olunmamış səfəri elə bir halda həyata keçirilibdir ki, İran İslam Respublikası rəsmiləri Hüseyn(ə) Ərbəini yürüşü üçün qüdrət zirvəsində İraqda iştirak edirlər.

Teqlər

Şərhlər