Apr 14, 2019 16:39 Asia/Baku
  • İraqçı Fransa səfirinin iddiasına reaksiya verdi: Paris dərhal açıqlama verməlidir
    İraqçı Fransa səfirinin iddiasına reaksiya verdi: Paris dərhal açıqlama verməlidir

iran İslam Respublikası xarici işlər nazirinin müavini dedi: Əgər Fransanın Vaşinqtondakı səfirinin Tvitter-də İran tərəfindən uranın zənginləşdirilməsinə dair yazdıqları Fransanın rəsmi mövqeyidirsə, bu məsələ nüvə anlaşmasının pozulması deməkdir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 14 hesabatda İranın nüvə anlaşmasına tam şəkildə sadiq qaldığını təsdiq etməsinə baxmayaraq, Fransanın Vaşinqtondakı səfiri Jerard Arud Tvitter-də paylaşdığı yazıda nüvə anlaşmasından sonra İranda uranın zənginləşdirilməsi prosesinə hansısa zərurətin olmadığını iddia edib. Bu açıqlama İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçının reaksiyasına səbəb olub.

İraqçı Fransa səfirinin bu iddiasına reaksiya olaraq öz Tvitter səhifəsində yazıb: Fransa dövləti dərhal izahat verməlidir. Əks təqdirdə İran nə lazımdırsa, edəcək.

Teqlər

Şərhlər