İranın ABŞ-nin terrorçu ordusunun bazalarına vurduğu genişmiqyaslı ziyanın görüntüləri yayılıb
https://azeri.sahartv.ir/news/İran-i423106-İranın_abŞ_nin_terrorçu_ordusunun_bazalarına_vurduğu_genişmiqyaslı_ziyanın_görüntüləri_yayılıb
“CBS News” telekanalı ABŞ-nin Qərbi Asiyadakı hərbi bazalarına dəymiş ziyanı əks etdirən yeni görüntülər yayımlayıb.
(last modified 2026-09-16T13:56:05+00:00 )
Sen 16, 2026 17:51 Asia/Baku
  • İranın ABŞ-nin terrorçu ordusunun bazalarına vurduğu genişmiqyaslı ziyanın görüntüləri yayılıb

“CBS News” telekanalı ABŞ-nin Qərbi Asiyadakı hərbi bazalarına dəymiş ziyanı əks etdirən yeni görüntülər yayımlayıb.

“CBS News” telekanalı tərəfindən eksklüziv şəkildə yayımlanan yeni fotolar ilk dəfə olaraq İranın raket və dron zərbələrindən sonar ABŞ-nin Qərbi Asiyadakı bir neçə hərbi bazasında binalara və hərbi texnikaya dəymiş genişmiqyaslı ziyanı və dağıntıların miqyasını üzə çıxarır. Bu fotoşəkillər, hazırda ABŞ ordusunda xidmət edən və ordunun mediaya tətbiq etdiyi sərt məhdudiyyətlər səbəbindən adlarının açıqlanmasını istəməyən hərbi qulluqçular tərəfindən CBS News-a göndərilib.ABŞ ordusunda xidmət edən hərbçilərdən biri CBS News-a bunları deyib: “Bazalarımıza böyük ziyan dəyib, lakin bu barədə Amerika xalqına məlumat verilməyib. Biz orada gözləri bağlı vəziyyətdə dayanmışıq və üzümüzə yumruq vurulur”.Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasında çəkilmiş bir fotoşəkildə dörd mühərrikli "Boeing E-3 Sentry" təyyarəsinin arxa hissəsinə birbaşa zərbə endirildiyi, yanan quyruq hissəsinin isə gövdədən qopduğu görünür.Bazadan çəkilmiş digər görüntülərdə boş binalar və kazarmalar əks olunub; bunlar vaxtilə əl qumbarası və minaatan hücumlarına qarşı mühüm istehkamlar hesab edilirdi, lakin hava zərbələri qarşısında son dərəcə yetərsiz olduğu üzə çıxdı. Eynilə, ABŞ Ordusunun quru qoşunları üçün əsas dislokasiya mərkəzi olan Küveytdəki "Camp Buehring"də çəkilmiş fotolarda zirehli texnika və bəzi hava vasitələri görünür. Həmin obyekt Küveyt şəhərinin şimal-qərbində, ucqar bir səhra ərazisində yerləşir.