General Rezayi ilə Putin telefon danışığında regional və qlobal məsələləri müzakirə ediblər
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi regiondakı və dünyadakı vəziyyəti müzakirə etmək üçün Rusiya prezidenti ilə telefon danışığı aparıb.
İran İslam Respublikası və Rusiya Federasiyası arasındakı yüksək səviyyəli məsləhətləşmələr çərçivəsində və hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında bu yaxınlarda keçirilən görüşlərin davamı olaraq, İran Milli Təhlükəsizlik Ali Şurasının katibi general-leytenant Möhsün Rezayi və Rusiya prezidenti Vladimir Putin Putin mövcud regional və qlobal vəziyyəti, xüsusilə Qərbi Asiyadakı son hadisələri müzakirə ediblər.Söhbət zamanı Putinin və digər Rusiya rəsmilərinin İnqilabın Şəhid Rəhbəri və digər böyük milli qəhrəmanların rolunu yüksək qiymətləndirən bəyanatlarına, eləcə də İran xalqının dözümlülüyünə və əzmkarlığına göstərdikləri dəstəyə görə minnətdarlıq ifadə olunub.Tərəflər həmçinin, hər iki ölkənin ali rəhbərliyi tərəfindən müəyyən edilmiş yol xəritəsinə uyğun olaraq, strateji əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.