Le Monde:
Azərbaycanda hicab məhdudiyyətləri fransız qəzetdə şərh olunub
Hicab mübahisəsi Azərbaycan hakimiyyəti ilə dini icmalar arasında gərginliyi artırır
Fransanın nüfuzlu “Le Monde” qəzeti Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərə qarşı keçirilən etirazlardan bəhs edən geniş məqalə dərc edib. Qəzetin yaydığı məqalədə bildirilir ki, oktyabrın 10-dan etibarən Bakı və digər şəhərlərdə hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz aksiyaları keçirilir.Oktyabrın 12-də məktəblərdə geyim yoxlamaları zamanı polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb.Daxili İşlər Nazirliyinin məlumatına görə, 37 nəfər saxlanılıb, fəallar isə saxlanılanların sayının 200-ə çatdığını iddia ediblər.Məqalədə bəzi məktəblərdə şagirdlərin dərsləri boykot etdiyi, müəllimlərin və valideynlərin etirazlara qoşulduğu qeyd olunur.“Le Monde” vurğulayır ki, sentyabrın 21-də qəbul edilən qərarda hicab birbaşa qadağan edilməsə də, hicablı şagird və müəllimlərin dərslərə buraxılmaması narazılıq yaradıb.Qəzet Azərbaycan hakimiyyətinin yeni qaydaları dünyəvi təhsil sisteminin qorunması və xarici təsirlərin qarşısının alınması ilə əsaslandırdığını bildirir.