Wall Street Journal:
İranın hücumları 7 ölkədə ABŞ-yə məxsus 274 obyektə ziyan vurub
Okt 31, 2026 14:13 Asia/Baku
"Wall Street Journal" qəzeti bildirib ki, İranın yeddi fərqli ölkədə ABŞ hərbi bazalarına endirdiyi zərbələr 274 obyektə ziyan vurub və 15 milyard dollar məbləğində itkiyə səbəb olub.
"Wall Street Journal" yeni görüntülər dərc edərək, İranın raket və PUA hücumları səbəbindən ABŞ-nin regiondakı bazaları və hərbi infrastrukturunda yaranmış dağıntıların miqyasını üzə çıxarıb.Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə və bazalarına dəymiş ziyanın 15 milyard dollardan çox olduğu təxmin edilir. Bu hücumlar zamanı yeddi fərqli ölkədə yerləşən ümumilikdə 274 ABŞ hərbi obyekti hədəf alınıb və onlara ciddi ziyan dəyib.