Hicab böhranı daha dərin fikir ayrılıqlarını göstərir
https://azeri.sahartv.ir/news/türkiyə-i423796-hicab_böhranı_daha_dərin_fikir_ayrılıqlarını_göstərir
Reuters agentliyi İlham Əliyevin Ərdoğanın şəxsi dəvətinə baxmayaraq Ankara sammitində iştirak etməməsini iki müttəfiq ölkə arasında artan siyasi ziddiyyətlərin göstəricisi kimi qiymətləndirib.
(last modified 2026-10-31T10:30:58+00:00 )
Okt 31, 2026 14:27 Asia/Baku
  • Hicab böhranı daha dərin fikir ayrılıqlarını göstərir

Reuters agentliyi İlham Əliyevin Ərdoğanın şəxsi dəvətinə baxmayaraq Ankara sammitində iştirak etməməsini iki müttəfiq ölkə arasında artan siyasi ziddiyyətlərin göstəricisi kimi qiymətləndirib.

Agentliyin məlumatına görə, gərginlik Azərbaycanın məktəblərdə hicabla bağlı məhdudiyyətlərinə Türkiyəli rəsmilərin etirazından sonra artıb.Bakı rəsmiləri Türkiyənin adını çəkmədən ölkənin daxili işlərinə müdaxiləyə qarşı xəbərdarlıq ediblər.Reuters fikir ayrılıqlarının yalnız hicabla məhdudlaşmadığını, İsraillə münasibətlərin də tərəflər arasında ziddiyyət yaratdığını yazır.Agenlik yazır: "Türkiyə İsrailin Qəzzədəki müharibəsini kəskin tənqid etdiyi halda, Azərbaycan Təl-Əvivlə yaxın əlaqələr saxlayır".Bu arada Vaşinqtondakı Yaxın Şərq İnstitutunun eksperti Gönül Tol hicab mübahisəsini daha dərin fikir ayrılıqlarının əlaməti adlandırıb.Onun fikrincə, Azərbaycanın suverenliyi, Ankaranın Bakıdakı təsiri və Türkiyənin Ermənistanla yaxınlaşması da narazılıq doğuran məsələlərdəndir.