Bakıdan Ankaraya daha bir zərbə:
Azərbaycan BMT postuna Türkiyənin rəqibini dəstəkləyir
Azərbaycan hökuməti BMT rəhbərliyi uğrunda yarışda Türkiyənin namizədi Feridun Sinirlioğlunu deyil, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) namizədi Lana Zaki Nusseibehə dəstək verəcəyini açıqlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə məlumat verib.Türkiyə də daxil olmaqla, bir sıra ölkələrin BMT rəhbərliyi postu uğrunda namizəd irəli sürdüyü bildirilir.Bakının BƏƏ-nin namizədini dəstəkləmək qərarı Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliklə bağlı müzakirələri yenidən gündəmə gətirib.Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycanın bu mövqeyi tənqid olunur.Qərar iki ölkə arasında son günlər müşahidə olunan siyasi fikir ayrılıqlarının fonunda verilib.Bununla belə, Bakının seçimində hansı amillərin həlledici rol oynadığı barədə rəsmi izahat verilməyib.