Saralın gedişi Türkiyədə siyasi mübahisə yaratdı: Əliyev sammitə qatılacaqmı?
https://azeri.sahartv.ir/news/azərbaycan-i423754-saralın_gedişi_türkiyədə_siyasi_mübahisə_yaratdı_Əliyev_sammitə_qatılacaqmı
Türkiyənin “Cumhuriyet” qəzetinin yazdığına görə, prezident Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ilə bağlı tənqidi açıqlamalarından sonra vəzifəsindən ayrılıb. Hazırda isə onun tutduğu vəzifədən ayrılmasından sonra qarşıdakı Türk Dövlətləri Təşkilatının sammitində İlham Əliyevin iştirakı ilə bağlı suallar gündəmdədir.
(last modified 2026-10-27T13:16:15+00:00 )
Okt 27, 2026 17:14 Asia/Baku
  • Saralın gedişi Türkiyədə siyasi mübahisə yaratdı:   Əliyev sammitə qatılacaqmı?

Türkiyənin “Cumhuriyet” qəzetinin yazdığına görə, prezident Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycanda hicablı şagirdlərin təhsil hüququ ilə bağlı tənqidi açıqlamalarından sonra vəzifəsindən ayrılıb. Hazırda isə onun tutduğu vəzifədən ayrılmasından sonra qarşıdakı Türk Dövlətləri Təşkilatının sammitində İlham Əliyevin iştirakı ilə bağlı suallar gündəmdədir.

Saral oktyabrın 12-də hicablı şagirdlərin məktəbə buraxılmamasını tənqid etmişdi. O, vəzifədən ayrılmasının Azərbaycanla bağlı açıqlamaları ilə əlaqəli olduğu barədə suala “Bəli, elə görünür” cavabını verib.Qəzetin məlumatına görə, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası Saralı ölkənin daxili işlərinə qarışmaqda ittiham etmişdi.Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədov qərarı Bakı ilə Ankara arasında qardaşlıq münasibətlərinin qorunması baxımından müsbət qiymətləndirib.YAP-ın deputatı Hikmət Babaoğlu isə Azərbaycanın əleyhinə danışan hər kəsin bundan nəticə çıxarmalı olduğunu bildirib.Türkiyədə müxalif siyasətçi Fatih Ərbakan hadisəni Ərdoğanın İlham Əliyevə güzəştə getməsi kimi dəyərləndirib.“Cumhuriyet” yazır ki, Saralın vəzifədən ayrılmasından sonra Əliyevin oktyabrın 29–30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü sammitində iştirak edib-etməyəcəyi müzakirə mövzusuna çevrilib.Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri Azərbaycanın sammitdə hansı səviyyədə təmsil olunacağı barədə sualı Prezident Administrasiyasının cavablandıra biləcəyini bildiriblər.Azərbaycanın Ankaradakı səfirliyi isə Əliyevin sammitdə iştirakı ilə bağlı suala cavab verməyib.