Azərbaycan Türkiyəli rəsmilərə: Daxili işlərimizə qarışmayın!
https://azeri.sahartv.ir/news/azərbaycan-i423658-azərbaycan_türkiyəli_rəsmilərə_daxili_işlərimizə_qarışmayın!
Eurasianet portalı Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərin etirazlara və Türkiyə ilə siyasi gərginliyə səbəb olduğunu yazıb.
(last modified 2026-10-21T12:00:06+00:00 )
Okt 21, 2026 15:55 Asia/Baku
  •  Azərbaycan Türkiyəli rəsmilərə: Daxili işlərimizə qarışmayın!

Eurasianet portalı Azərbaycanda məktəblərdə hicabla bağlı məhdudiyyətlərin etirazlara və Türkiyə ilə siyasi gərginliyə səbəb olduğunu yazıb.

Portalın məlumatına görə, sentyabrın sonunda qəbul edilən məktəbli geyimləri qaydaları dünyəvi təhsil prinsipinə zidd geyim elementlərini qadağan edir. Tənqidçilər isə bu məhdudiyyətlərin dini azadlıqları və Uşaq hüquqları haqqında qanunun müddəalarını pozduğunu bildirirlər.Məqalədə qeyd olunur ki, oktyabrın 12-dək hicab qadağasına qarşı etirazlarla əlaqədar azı 37 nəfər saxlanılıb.Eurasianet yazır ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın müşaviri Oktay Saral Azərbaycan hakimiyyətini qərarı geri götürməyə çağırıb. AKP ilə əlaqəli bəzi şəxslər isə qadağanın İsrailin maraqlarına xidmət etdiyini bildirirlər.Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası oktyabrın 13-də yaydığı bəyanatda türkiyəli rəsmilərin açıqlamalarını populist və məsuliyyətsiz adlandırıb, onların iki ölkə arasında süni gərginlik yarada biləcəyini bildirib.Məqalədə vurğulanır ki, Bakı Ankara tərəfindən səsləndirilən tənqidləri Azərbaycanın suveren qərarlarına müdaxilə kimi qiymətləndirir.