Azərbaycanda 7 Türkiyə vətəndaşı barəsində cinayət işi açılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i423648-azərbaycanda_7_türkiyə_vətəndaşı_barəsində_cinayət_işi_açılıb
Türkiyə vətəndaşları hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur
(last modified 2026-10-20T13:22:34+00:00 )
Okt 20, 2026 17:21 Asia/Baku
  • Azərbaycanda 7 Türkiyə vətəndaşı barəsində cinayət işi açılıb

Türkiyə vətəndaşları hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur

Baş Prokurorluq Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək, Konstitusiya quruluşunu zorla dəyişdirmək və dini nifaq salmaqda ittiham olunan 7 Türkiyə vətəndaşı barəsində cinayət işi açıb.Bu məlumata əsasən, həmin şəxslər internet resuslarının təsisçisi, jurnal əmkdaşı, yazıçı,araşdırmaçı, hüquq bürosu rəhbəri, idmançı və fasebook istifadəçisidirlər.Türkiyə vətəndaşı olan bu şəxslər Azərbaycanda bir sıra ağır cinayətlər törətməkdə ittiham olunurlar.İttihamlar arasında hakimiyyəti zorla ələ keçirmək cəhdi də var.Həmçinin Konstitusiya quruluşunu zorakı yolla devirməkdə şübhəli bilinirlər.Bundan başqa, onlar dini zəmində nifaq salmaqda ittiham olunurlar.İş üzrə digər qanunsuz hərəkətlərlə bağlı ittihamların da irəli sürüldüyü bildirilir.Cinayət işinin təfərrüatları barədə əlavə məlumat verilməyib.Qeyd edək ki, Azərbaycanda ittiham edilən Türkiyə vətəndaşları son hadisələr fonunda prezident İlham Əliyevi sərt tənqid edirdilər.