Amnesty International Azərbaycanda hicab məhdudiyyətlərinin ləğvinə çağırıb
"Hicablı qızların təhsildən məhrum edilməsi ayrı-seçkilikdir"
Amnesty International Azərbaycan hakimiyyətini məktəblərdə hicabla bağlı məhdudiyyətləri ləğv etməyə və dinc etirazlara görə saxlanılanları azad etməyə çağırıb.Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Straters bildirib ki, hicaba görə şagirdlərin dərslərə buraxılmaması təhsil, dini etiqad və ifadə azadlığı hüquqlarını pozur.Onun sözlərinə görə, dövlət təhsilinin dünyəvi xarakteri dini geyimlərə ümumi qadağanı əsaslandıra bilməz.Təşkilat dinc etirazçıların kütləvi saxlanılmasını və azadlıqların məhdudlaşdırılmasını da tənqid edib.Amnesty International hakimiyyəti məhdudiyyətləri aradan qaldırmağa, dərslərə buraxılmayan şagird və müəllimlərin məktəblərə qayıtmasını təmin etməyə çağırıb.Təşkilat həmçinin yalnız dinc etiraz hüququndan istifadə etdiklərinə görə saxlanılan şəxslərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.