Azərbaycana qarşı qərəzli kampaniyaya son qoyun!
https://azeri.sahartv.ir/news/azərbaycan-i423642-azərbaycana_qarşı_qərəzli_kampaniyaya_son_qoyun!
Azərbaycan Mətbuat Şurası bəzi Türkiyə mediasında Azərbaycandakı hicab qadağası ilə bağlı məlumatların yayımlanmasından narahatlığını bildirib.
(last modified 2026-10-20T13:04:17+00:00 )
Okt 20, 2026 16:58 Asia/Baku
  •  Azərbaycana qarşı qərəzli kampaniyaya son qoyun!

Azərbaycan Mətbuat Şurası bəzi Türkiyə mediasında Azərbaycandakı hicab qadağası ilə bağlı məlumatların yayımlanmasından narahatlığını bildirib.

Şuranın yaydığı bəyanatda son günlər Azərbaycanla bağlı faktların təhrif edildiyi və ictimai rəyin manipulyasiyasına cəhd göstərildiyi vurğulanıb.Bildirilib ki, Azərbaycanda məktəbli forması ilə bağlı qərar kontekstdən çıxarılaraq təqdim edilir, ölkədə hicab qadağasının tətbiq olunduğu və İslam dəyərlərinin sıxışdırıldığı barədə əsassız iddialar yayılır.Şura dini azadlıqlar və təhsil siyasəti ilə bağlı məsələlərin süni şəkildə dini və ideoloji qarşıdurmaya çevrildiyini iddia edib.Mətbuat Şurası Türkiyə mediasını məlumatları dərc etməzdən əvvəl yoxlamağa, yanlış xəbərləri düzəltməyə və təhriflərə yol verməməyə çağırıb.Qeyd olunub ki, Azərbaycan dövlətinə və xalqına qarşı təhqiramiz və nifrət yaradan ritorikadan çəkinmək lazımdır.