Onlar biabırçı məğlubiyyətlərini yalanlarla ört-basdır etməyə çalışırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423784-onlar_biabırçı_məğlubiyyətlərini_yalanlarla_ört_basdır_etməyə_çalışırlar
Yəmən Xarici İşlər Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanının Məkkəyə hücum edildiyinə dair son iddiaları, bu ölkənin döyüş meydanındakı biabırçı məğlubiyyətlərini və uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır.
(last modified 2026-10-31T10:13:11+00:00 )
Okt 31, 2026 14:11 Asia/Baku
  •  Onlar biabırçı məğlubiyyətlərini yalanlarla ört-basdır etməyə çalışırlar

Yəmən Xarici İşlər Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanının Məkkəyə hücum edildiyinə dair son iddiaları, bu ölkənin döyüş meydanındakı biabırçı məğlubiyyətlərini və uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır.

Səudiyyə hakimiyyəti Yəməndəki ağır məğlubiyyətlərindən diqqəti yayındırmaq, həmçinin müsəlmanları Yəmənə qarçı birbaşa müharibəyə cəlb etmək üçün onların dini hisslərini qızışdırmaq məqsədilə yenidən Sənanın Məkkəyə hücum etdiyini iddia edib. Yəmən Xarici İşlər Nazirliyi cümə günü bir bəyanat yayaraq, vurğulayıb ki, Ər-Riyad rejimi müqəddəs məkanların hədəf alındığına dair bu yalan iddiaları yaymaqla bir neçə məkrli məqsədlər güdür.Nazirliyin bəyanatında qeyd olunur ki, Səudiyyə tərəfi bu əsassız iddialarla həm özünün həyati əhəmiyyətli neft obyektlərini qoruya bilməməsini, həm də muzdlularının və ünsürlərinin Yəmən xalqı qarşısında uğradığı ağır məğlubiyyətləri gizlətməyə çalışır. Bəyanatda bildirilib ki, bu cür böyük yalanlar onların hər gün törətdikləri müharibə cinayətlərini, o cümlədən qadın və uşaqların qətlə yetirilməsini və mülkilərin hədəfə alınmasını ört-basdır etmək, həmçinin, ərəb və İslam dünyasındakı sadəlövh tərəfləri Səudiyyə Ərəbistanının Yəməndə özü üçün yaratdığı bataqlığa sürükləmək məqsədilə irəli sürülür. Yayılan bəyanatda vurğulanır ki, Səudiyyə rejimi bu cür açıq-aşkar yalanlarla heç vaxt öz məkrli məqsədlərinə nail ola bilməyəcək; əksinə, bu hərəkətlər onun İslamın müqəddəs məkanlarına qarşı gizli niyyətlərini ifşa edir və bu müqəddəs yerlərdən öz siyasi maraqları naminə necə sui-istifadə etdiyini ortaya qoyur.