"Təsnim"in müxbiri 450 gündən sonra sionistlərin əsirliyindən azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i423774-təsnim_in_müxbiri_450_gündən_sonra_sionistlərin_əsirliyindən_azad_edildi
"Təsnim" xəbər agentliyinin Fələstindəki müxbiri 450 günlük əsirlikdən sonra “Ofer” hərbi məhkəməsinin qərarı ilə azad edilib.
(last modified 2026-10-30T12:49:49+00:00 )
Okt 30, 2026 16:48 Asia/Baku

"Təsnim" xəbər agentliyinin Fələstindəki müxbiri 450 günlük əsirlikdən sonra “Ofer” hərbi məhkəməsinin qərarı ilə azad edilib.

"Təsnim" xəbər agentliyinin İordan çayının qərb sahilindəki müxbiri Fərəh Əbu Əyyaş 450 gün əsirlikdə qaldıqdan sonra sionist rejim həbsxanasından azad edilib və ailəsinə qovuşub.Fərəh Əbu Əyyaş 2025-ci il avqustun 6-da, səhər saatlarında, sionist rejim qüvvələrinin Əl-Xəlil şəhərinin şimalındakı Beyt Ummar qəsəbəsində yerləşən evinə etdikləri gecə basqını zamanı həbs olunmuşdu.Bu qəhrəman fələstinli jurnalist, yalnız "Tasnim" xəbər agentliyi üçün İordan çayının qərb sahilinin cənubundakı xəbərləri və hadisələri işıqlandırdığına görə həbs edilmiş və işgəncələrə məruz qalmışdı.Sionist rejiminin yaratdığı maneələr səbəbindən onun işi üzrə məhkəmə prosesləri dəfələrlə təxirə salındı və nəticədə Fərəh əsirlik dövrünü rejimin bədnam "Damon" həbsxanasında "inzibati həbs" şəraitində keçirməyə məcbur oldu.Nəhayət, sionist rejiminin "Ofer" hərbi məhkəməsi çıxardığı qərarla Fərəh Əbu Əyyaşa ona qarşı irəli sürülən bütün ittihamlar üzrə bəraət verdi və onun təqsirli bilinməsi üçün heç bir sübutun olmadığını bildirdi.