Yəmənin Səhiyyə Nazirliyi Ərəbistanın hücumlarının ağır nəticələrini aşıqlayıb
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü mətbuat konfransında Səudiyyə Ərəbistanının 2015-ci ildən bəri Yəmənə qarşı hücumlarının və blokadasının nəticələrini açıqlayıb.
Səna hökumətinin Səhiyyə və Ətraf Mühit Nazirliyinin sözçüsü Yəmənə tətbiq olunan blokadanın humanitar nəticələrinə toxunaraq bildirib ki, 125 mindən çox xərçəng xəstəsi dərman çatışmazlığı ilə üzləşib və onların həyatı təhlükə altındadır. O, həmçinin yüz minlərlə xəstənin müalicə almaq üçün xaricə səfər etmək imkanından məhrum olduğunu qeyd edib.Bu arada, Yəmənin Ənsarullah hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Fərəh Səudiyyə Ərəbistanının Yəmənə qarşı apardığı müharibə ilə bağlı hərtərəfli, qərəzsiz və müstəqil beynəlxalq araşdırmanın aparılmasına çağırıb.Əl-Fərəh X sosial şəbəkəsindəki şəxsi hesabında yazıb ki, müharibə, blokada, ərzaq və dərmanların ölkəyə girişinin qarşısının alınması, həmçinin xəstələrin müalicə üçün xaricə getməsinə icazə verilməməsi 1 milyon 400 min mülki şəxsin ölümünə səbəb olub.Onun sözlərinə görə, hava hücumları nəticəsində 300 min yəmənli də həyatını itirib.