Yəmən Ordusu:
Səudiyyə Ərəbistanının Mədinəyə hücumla bağlı iddiası açıq-aşkar yalandır
Okt 15, 2026 16:01 Asia/Baku
Yəmən Silahlı Qüvvələri bir bəyanat yayaraq, Səudiyyə rejiminin Yəmənin Mədinəyə hücum etdiyi barədə iddiasını böyük və açıq-aşkar bir yalan adlandırıb.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib: "Yəmən Silahlı Qüvvələri bu gün Səudiyyə ərazisinə qarşı heç bir əməliyyat həyata keçirməyib".Qeyd edək ki, Səudiyyə rejimi ictimaiyyəti aldatmaq məqsədilə növbəti dəfə Mədinə səmasında bir kruiz raketini zərərsizləşdirdiyini iddia edib. Bu iddia Yəmən Silahlı Qüvvələrinin dərhal reaksiyasına səbəb olub.