BMT-nin İstintaq Komissiyası:
İsrail Qəzzədə və Qərb Sahilində bəşəriyyətə qarşı cinayətlər törədir
BMT-nin İstintaq Komissiyası bildirib ki, sionist rejim Qəzzədə və İordan çayının qərb sahilində bəşəriyyətə qarşı cinayətlər törədir.
BMT-nin İstintaq Komissiyası vurğulayıb ki, sionist rejim, atəşkəsə baxmayaraq, Qəzzə zolağında soyqırım aktlarını davam etdirir, həmçinin işğal altındakı İordan çayının qərb sahilində müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törədir. Komissiya 26 oktyabrda dərc etdiyi yeni hesabatda bildirib ki, sionist rejim qüvvələri və başçıları İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər, o cümlədən məhv etmə, təqib, işgəncə, zorlama və digər cinsi zorakılıq formaları törədir. Həmçinin, milliyyət, irq və etnik mənsubiyyət əsasında ayrı-seçkilik motivli əziyyətlər verir. Frans Press agentliyinin məlumatına görə, komitə qeyd edib ki, İsrail rejimi İordan çayının qərb sahilində hərbi əməliyyatlar vasitəsilə mülki əhaliyə qarşı genişmiqyaslı və sistemli hücum həyata keçirib. Bu hücumlar sionist qəsəbə sakinlərinin davamlı zorakılığı ilə daha da güclənib.