Hicab böhranı və İsrail amili müttəfiqliyi sınağa çəkir
https://azeri.sahartv.ir/news/azərbaycan-i423788-hicab_böhranı_və_İsrail_amili_müttəfiqliyi_sınağa_çəkir
Azərbaycan prezidenti İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməməsi iki müttəfiq ölkə arasında münasibətlərin vəziyyəti ilə bağlı suallar yaradıb.
(last modified 2026-10-31T10:20:43+00:00 )
Okt 31, 2026 14:17 Asia/Baku
  • Hicab böhranı və İsrail amili müttəfiqliyi sınağa çəkir

Azərbaycan prezidenti İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməməsi iki müttəfiq ölkə arasında münasibətlərin vəziyyəti ilə bağlı suallar yaradıb.

“Associated Press” agentliyinin məlumatına görə, Azərbaycanı sammitdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.Rəsmi mediada Əliyevin iştirak etməməsi əvvəlcədən planlaşdırılmış tədbirlərlə əlaqələndirilib. Lakin hakimiyyətə yaxın “Azernews” nəşrində çıxış edən analitik Fərman Aydın bu addımı diplomatik mesaj kimi qiymətləndirib.Onun fikrincə, hətta ən yaxın tərəfdaşlıqlar da qarşılıqlı hörmət tələb edir.Gərginliyin əsas səbəblərindən biri Azərbaycanda məktəblərdə hicablı şagird və müəllimlərə qoyulan məhdudiyyətlərin Türkiyədə tənqid olunmasıdır.Bakı isə bu tənqidləri daxili işlərə müdaxilə kimi qiymətləndirib və 30-dan çox Türkiyə vətəndaşının ölkəyə girişini qadağan edib.Bundan başqa, Azərbaycanın İsraillə yaxın münasibətləri də Türkiyədə narazılıq doğuran məsələlər sırasındadır.Gərginliyi azaltmaq məqsədilə Rəcəb Təyyib Ərdoğan Əliyevə şəxsən zəng edərək onu sammitə dəvət edib, müşaviri Oktay Saral isə vəzifəsindən uzaqlaşdırılıb.Ərdoğan çıxışında Türk dünyasında parçalanma və fikir ayrılığına yer olmadığını vurğulayıb.