Fransa küçələrdə 70 min təhlükəsizlik qüvvəsi yerləşdirir
https://azeri.sahartv.ir/news/dünya-i423780-fransa_küçələrdə_70_min_təhlükəsizlik_qüvvəsi_yerləşdirir
Fransanın daxili işlər naziri Laurent Nunez gələn həftə keçirilməsi planlaşdırılan etiraz aksiyalarına toxunaraq, bildirib ki, şənbə günü vəziyyət “çox yüksək riskli” görünür. Bu səbəbdən ölkənin müxtəlif bölgələrində ictimai təhlükəsizliyi təmin etmək məqsədilə 70 min təhlükəsizlik qüvvəsi yenidən səfərbər ediləcək.
(last modified 2026-10-31T09:44:49+00:00 )
Okt 31, 2026 13:41 Asia/Baku
  • Fransa küçələrdə 70 min təhlükəsizlik qüvvəsi yerləşdirir

Fransanın daxili işlər naziri Laurent Nunez gələn həftə keçirilməsi planlaşdırılan etiraz aksiyalarına toxunaraq, bildirib ki, şənbə günü vəziyyət “çox yüksək riskli” görünür. Bu səbəbdən ölkənin müxtəlif bölgələrində ictimai təhlükəsizliyi təmin etmək məqsədilə 70 min təhlükəsizlik qüvvəsi yenidən səfərbər ediləcək.

Nunez jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə radikal qrup sosial şəbəkələrdə şənbə günü, Hellouin bayramı ərəfəsində zorakı aksiyalar keçirməyə çağırış edirlər. Sabah təhlükəsizlik qüvvələrinin bu aksiyalara cavabı həddindən artıq qətiyyətli olacaq. Nazir xüsusilə şənbə günü əsas və ənənəvi etiraz aksiyaları başa çatdıqdan sonra, axşam saatlarında iğtişaşların baş verməsi ehtimalına diqqət çəkib.