Hərbi avantüralar İran xalqının iradəsini sındıra bilməz
https://azeri.sahartv.ir/news/qafqaz-i423838-hərbi_avantüralar_İran_xalqının_iradəsini_sındıra_bilməz
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, hərbi avantüralar İran xalqının ölkəsinin suverenliyini və müstəqilliyini müdafiə etmək əzmini qıra bilməz.
(last modified 2026-11-02T15:37:55+00:00 )
Noy 02, 2026 19:36 Asia/Baku
  •  Hərbi avantüralar İran xalqının iradəsini sındıra bilməz

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, hərbi avantüralar İran xalqının ölkəsinin suverenliyini və müstəqilliyini müdafiə etmək əzmini qıra bilməz.

Mariya Zaxarova İrana qarşı hərbi təcavüzün təkrarlana biləcəyi ilə bağlı mediada yayılan məlumatlardan narahatlığını ifadə edərək, əlavə edib: "Hazırda yeni təcavüz aktları ilə hədələyənlər bu məqam üzərində ciddi düşünməlidirlər".Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, vəziyyəti normallaşdırmaq üçün diplomatik səylər gücləndirilməlidir. "Biz vasitəçilərin fəaliyyətini dəstəkləyirik və danışıqlar prosesində özümüz də iştirak edirik. Həmçinin tərəflər üçün məqbul olan həll yollarının tapılmasına və onların həyata keçirilməsinə kömək etməyə hazırıq".Zaxarova əlavə edib: "Hörmüz boğazından təhlükəsiz və maneəsiz istifadə hüququ, İrana da şamil olunur. Hansı ki, ABŞ tərəfindən tətbiq edilən qeyri-qanuni dəniz blokadası ilə üzləşib.