Ərdoğan və Paşinyan Nyu-Yorkda görüşdü;
Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılmasına təkid edildi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, görüşdə Türkiyə-Ermənistan münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.Rəcəb Tayyib Ərdoğan ikitərəfli ticarət və nəqliyyat sahəsində Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəstəklədiyini bildirib və münasibətlərdə əldə olunan müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Türkiyə Prezidenti Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan qarşılıqlı addımlardan məmnunluğunu ifadə edib. O, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanla artan əməkdaşlığın münasibətlərin normallaşmasına töhfə verdiyini qeyd edib. Ərdoğan həmçinin Paşinyanı Türkiyədə keçiriləcək COP-31 Liderlər Sammitinə dəvət edib.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.