İnqilab Rəhbəri:
"Daha Güclü İran" strategiyasının davam etdirilməsi mütləq çəkindirməyə nail olmağın yeganə yoludur
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei bəyan edib ki, mütləq çəkindirmə səviyyəsinə çatmağın yeganə yolu "İranı daha da gücləndirmək" strategiyasını davam etdirməkdir.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei "13 Aban" günü münasibətilə yayımladığı müraciətdə vurğulayıb: "Bu gün "Qlobal İmperializmə qarşı Milli Mübarizə Günü"dür; bu gün "haqq cəbhəsi"nin "batil cəbhəsi"nə, "məzlumlar cəbhəsi"nin isə "zalımlar cəbhəsi"nə qarşı durduğu bir sıra mühüm tarixi məqamları özündə ehtiva edir. Bu gün Amerikanın İranın müsəlman xalqına qarşı uzunmüddətli düşmənçilik dastanı və iranlıların bu düşmənə qarşı göstərdikləri şücaətli müqavimət elə bir nöqtəyə çatıb ki, artıq "13 Aban" "Böyük Şeytan"a qarşı durmaq və möhkəm dayanmaq üçün yeganə gün deyil; əksinə, hər bir gün və hər bir saat belə bir müqavimət zamanına çevrilib. Hazırda Fars körfəzi, xüsusilə də Hörmüz boğazı, təkcə Amerikanın məğlubedilməzliyi mifini darmadağın etməyib, həm də öz xalqına deyil, kənar qüvvələrə arxalanan hökumətlərin zəifliyini və rüsvayçı vəziyyətini, eləcə də böyük dövlətlərin sədaqətsizliyini və özlərinin qurduqları marionet rejimləri qorumaqdakı acizliyini üzə çıxarıb.İranın Hörmüz boğazı üzərində nəzarəti ələ alması və regiondakı ABŞ hərbi bazalarının məhv edilməsi, baxmayaraq ki, ABŞ-nin "Üçüncü Məcburi Müharibə"dəki təcavüz və cinayətlərinə reaksiya idi, lakin eyni zamanda qlobal imperializmə qarşı regional miqyasda aparılan "ilkin cihad" hesab olunur; belə ki, təcavüzlərin təkrarlanması halında, bu proses daha genişmiqyaslı ölçülər alacaqdır".Əgər hələ də qlobal hegemonluq sisteminin öz davranışını dəyiçəcəyinə, yaxud onun siyasi partiya və fraksiyaları daxilindəki dəyişikliklərin mövcud kursu dəyişdirə biləcəyinə ən kiçik ümid bəsləyənlər varsa, yaxud ABŞ-yə güzəştə getməklə onu İran xalqına qarşı düşmənçilikdən yayındıra biləcəklərini düşünənlər varsa, onlar çox böyük bir xəta içindədirlər. Bu yanlış təsəvvür, İranın müsəlman xalqının Allaha təvəkkül, möhkəm iradə və mücahidət sayəsində əldə etdiyi böyük qələbələrə qarşı nankorluq deməkdir.Mütləq çəkindirmə gücünə nail olmağın yeganə yolu, tərəqqinin bütün sahələrində "daha da güclü İran" strategiyasını davam etdirməkdir. Sosial həmrəylik, birlik və yekdillik bu yolda uğurun təməl sütunlarıdır; bu prinsiplər həm xalq arasında, həm də hakimiyyət dairələrində bütün fərdi və kollektiv müzakirələrdə, eləcə də praktiki fəaliyyətlərdə öz əksini tapmalıdır. Əziz İranımızın parlaq və şanlı gələcəyini quracaq öncül qüvvə, gənclərimiz, universitet tələbələrimiz və məktəbli şagirdlərimizdir. Onlar daim ümidsizlik, bədbinlik və "heç nə mümkün deyil" düşüncəsinin qaranlıq yuvanı söküb-dağıtmağa, bunun əvəzində isə "ümid və biz bacararıq" düşüncəsinin işıqlı dünyasını fəth etməyə çalışmalıdırlar. Bu missiya yüksək səviyyədə hazırlıqlı olmaq, elm, təqva, bacarıq, əxlaq və iradə ilə silahlanmaq, gərgin səy göstərmək və ali məqsədlərə çatmaq üçün bir amal ətrafında birləşmək tələb edir.