Hörmüz boğazının qadağan olunmuş marşrutu ilə hərəkət edən iki neft tankeri partlayıb
https://azeri.sahartv.ir/news/İran-i423830-hörmüz_boğazının_qadağan_olunmuş_marşrutu_ilə_hərəkət_edən_iki_neft_tankeri_partlayıb
Qaydaları pozan iki neft tanker Hörmüz boğazının icazəsiz marşrutunda dəniz minasına düşərək, partlayıblar.
(last modified 2026-11-02T13:05:12+00:00 )
Noy 02, 2026 17:03 Asia/Baku
  • Hörmüz boğazının qadağan olunmuş marşrutu ilə hərəkət edən iki neft tankeri partlayıb

Qaydaları pozan iki neft tanker Hörmüz boğazının icazəsiz marşrutunda dəniz minasına düşərək, partlayıblar.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, tankerlərdən biri supertanker idi və icazəsiz marşrutdan keçməyə cəhd etdiyi üçün, minaya düşüb və güclü partlayışdan sonra alovlar içində yanır.Məlumata əsasən, bu tankerlər naviqasiya və tanıma sistemlərini söndürərək, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından gizli şəkildə keçməyə çalışıblar, lakin baş verən hadisədən sonra hər iki gəmi olduğu yerdə dayanıb.