İslam İnqilabının Ali Rəhbəri:
Düşmənin təhdidlərinə coğrafi sərhədlərə məhəl qoymadan, dərhal cavab verin
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı hərbi komandanlara tapşırıq verib ki, düşmənin istənilən təhdidinə qarşı heç bir coğrafi məhdudiyyət olmadan dərhal və effektiv şəkildə cavab versinlər.
İran Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri Ali Baş Komandan Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüblər.Görüş zamanı İslam İnqilabının Ali Rəhbəri bildirib ki, düşmənlərə qarşı güclü və qətiyyətlə dayanmaq üçün zəruri olan "ağıllı döyüş hazırlığı" "maksimum çəkindirmə"nin əsas şərtidir. O Həzrət göstəriş verib ki, xarakterindən və səviyyəsindən asılı olmayaraq, istənilən təhdidə qarşı coğrafi sərhəd tanımadan dərhal və təsirli cavab verilməlidir.Ayətullah Seyid Müctəba Xamenei qeyd edib: "Əgər düşmənlər növbəti hərbi və ya terror hücumlarına əl atarlarsa, belə bir münaqişənin nə vaxt və hansı şərtlərlə başa çatacağını İran İslam Respublikasının Silahlı Qüvvələri və xalqımız müəyyən edəcək."Ali Baş Komandan həmçinin hərbi kəşfiyyat arxitekturasının gücləndirilməsi, yerli müdafiənin həm "doktrina", həm də "taktika" sahəsində dərinləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə mövcud müdafiə və təhlükəsizlik imkanlarının artırılması, eləcə də mənəvi təməlin və "cihad ruhu"nun möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb və Silahlı Qüvvələrin yaşayış və loqistika ehtiyaclarının qarşılanması üçün davamlı səylərin göstərilməsinin vacibliyini də qeyd edib. Təlimatlarının digər bir hissəsində Ali Baş Komandan "hədəf bankı"nın yəni müəyyən edilmiş hədəflər siyahısının yenilənməsini əmr edib ki, bununla da amerikan-sionist düşməninə məxsus müxtəlif maddi və qeyri-maddi aktivlər Silahlı Qüvvələrin atəş məsafəsinə daxil edilsin. İslam İnqilabının Ali Rəhbəri İrana qarşı düşmən mövqedə olan olan xarici qüvvələrə və onların daxildəki əlaltılarına qarşı hərbi və könüllü qüvvələrə göstərilən milli dəstəyin çəkindirmənin təməl sütunu olduğunu vurğulayaraq, bildirib: "Xalqımızın səkkiz aydır ki, hərbi, nizam-intizam və səfərbərlik qüvvələrimizin qəhrəmancasına müqaviməti ilə paralel şəkildə meydanda olması, İranın ərazi bütövlüyünü və İslam nizamını qoruyub saxlayan səkkiz illik "Müqəddəs Müdafiə"nin davamıdır və bu, beləcə davam edəcək." İslam İnqilabının Ali Rəhbəri, müxtəlif ölkələrdəki "Müqavimət Cəbhəsi"nin şüurlu dözümlülüyünü və əzmkarlığını yüksək qiymətləndirərək, bu cəbhələrin birliyinin Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik nizamının formalaşmasında həlledici və strateji əhəmiyyətə malik bir amil olduğunu qeyd edib. O Həzrət formalaşmaqda olan bu nizamın İslam ölkələrinin xalqları və dövlətləri arasında daha sıx birliyin təməlini qoyacağına və nəticə etibarilə "Yeni İslam Sivilizasiyası"nın qurulmasına yol açacağına ümid etdiyini bildirib.