Pezeşkian:
ABŞ-nin hərbi müdaxilələri enerji təhlükəsizliyini və qlobal iqtisadi artımı təhdid edir
İran İslam Respublikası prezidenti bildirib ki, ABŞ-nin Fars körfəzi bölgəsində hərbi müdaxilələri enerji bazarını və dünya iqtisadiyyatının inkişafını təhlükə altına salır. O, İranın forum çərçivəsində çoxtərəfli diplomatiyanın inkişafında, bilik və təcrübə mübadiləsində, eləcə də investisiya imkanlarının genişləndirilməsində daha fəal rol oynamağa hazır olduğunu bəyan edib.
Prezident Məsud Pezeşkian bu gün, çərşənbə axşamı, Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun 8-ci Zirvə Toplantısında çıxış edərək, ABŞ-nin Fars körfəzi bölgəsinə hərbi müdaxilələrinə toxunub.İran Prezidenti qeyd edib ki, bu müdaxilələr təkcə regional aktorlara təsir etmir, həm də ciddi şoklar yaradaraq, enerjinin qiymətlərinin müəyyənləşdirilməsi, təchizatı və nəqli prosesini pozur. Nəticədə dünyada iqtisadi artımı təhlükə altına salır.O, qlobal enerji bazarındakı inkişaflara toxunaraq, əlavə edib: "Forumun üzv ölkələri “suverenlik və strateji idarəetmə”, eləcə də texniki və mühəndislik əməliyyatları” sahələrində əməkdaşlığı genişləndirməlidirlər. Onun sözlərinə görə, strateji sahədə əsas diqqət bazarın sabitliyinin təmin edilməsinə, həmçinin regional və qlobal səviyyədə təbii qaz ticarətinin həcminin artırılması yollarına yönəldilməlidir.