İslam İnqilabının Ali Rəhbəri Seyyid Müctəba Xamenei:
İran elitalarının biliyi xalqın real həyatına xidmət edir
İslam İnqilabının Ali Rəhbəri bəyan edib ki, İran elitaları biliyin necə xalqın və millətin üzləşdiyi problemlərin həlli üçün bir vasitəyə çevrilə biləcəyini nümayiş etdiriblər.
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei, dünyanın müxtəlif yerlərində elmi və idman medalları qazanmış şəxslərin də daxil olduğu elitalara ünvanladığı müraciətdə, elm və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş bu gənclərin ifa etdikləri müstəsna rolu vurğulayaraq, onları "ölkədə ümid, tərəqqi və canlılığın təzahürü" kimi xarakterizə edib.Ali Rəhbər, bu elitaların mövcud elmi sərhədləri aşmaq bacarığını İranın artan qüdrətinin açarı kimi qiymətləndirib. O Həzrət vurğulayıb ki, "əl-ilmü sultan" yəni bilik gücdür strateji prinsipi çərçivəsində, ölkənin irəliləməsi üçün dərin və sürətli bir elmi sıçrayış zəruridir və səlahiyyətli şəxslər təkcə bu elmi sıçrayış üçün lazımi infrastruktur və təməli hazırlamaqla kifayətlənməməli, həm də bu elitaların fərdi potensiallarından və kollektiv zəkalarından maksimum dərəcədə istifadə etməlidirlər.İslam İnqilabının Ali Rəhbəri vurğulayıb ki, güclü İran elmi və texnoloji qüdrətə əsaslanır və bu amil İranın yeni dünya nizamında və qlobal proseslərdə rolunu müəyyən edən ən mühüm komponentlərdən biridir.O Həzrət əlavə edib: İran dünyada yeni bir mövqeyə malikdir. Buna görə də ölkənin daha da güclənməsinin açarı istedadlı şəxslərin elmi sahədə sərhədləri aşması və ölkənin elmi problemlərinə həll yolları tapmasıdır və İslami İranın düşmənlərinin alimlərə və istedadlı şəxslərə qarşı törətdikləri cinayətlər onların ölkənin güclənməsindəki təsirli rolunu göstərir.