Tramp məğlubiyyəti dolayısı ilə etiraf edir:
"Veto hüququmdan daim istifadə edəcəyəm"
Donald Tramp bildirib ki, demokratlar qələbə qazanacağı təqdirdə, ona "Cənab Veto" deyilməsindən məmnun olacaq.
ABŞ-nin terrorçu prezidenti Donald Tramp CBS News telekanalına bildirib ki, əgər demokratlar Nümayəndələr Palatasında və ya Senatda çoxluq qazansalar, o, onların qanunvericilik təkliflərinin qarşısını almaq üçün veto hüququndan istifadə edəcək və rəqib partiyaların proqramlarına mane olmağa hazırdır. Bu bəyanatlar onu göstərir ki, Tramp müəyyən mənada respublikaçıların seçkilərdəki mümkün məğlubiyyətini artıq qəbul edib.CBS News-un xəbərinə görə, ABŞ-də keçirilən aralıq seçkilərdə səsvermə başa çatmazdan əvvəl müxbir Robert Kosta ilə telefon söhbəti zamanı Tramp belə deyib: "Mənim əlimdə ən güclü səlahiyyət var – bu da veto hüququdur".