Paşinyana təzyiq artıb
Ermənistan müxalifəti konstitusiya dəyişikliklərinə qarşı çıxır
Ermənistan parlamentində yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr hakimiyyətlə müxalifət arasında ciddi qarşıdurmaya səbəb olub.
Müxalifət təklif olunan dəyişiklikləri Azərbaycanın tələblərinə uyğunlaşdırılmış sənəd kimi qiymətləndirir.“Güclü Ermənistan” və “Hayastan” blokları layihəni “Əliyevin konstitusiyası” adlandıraraq, Azərbaycanın tələbləri əsasında hazırlandığını iddia edirlər.“Güclü Ermənistan”ın liderlərindən Narek Karapetyan bildirib ki, heç bir qonşu ölkənin lideri Ermənistanın konstitusiyası ilə bağlı qərar verə bilməz.“Hayastan” blokunun deputatı Anna Qriqoryan isə dəyişikliklərin əleyhinə səs verəcəklərini açıqlayıb.Bu arada baş nazir Nikol Paşinyan müxalifətin sülh müqaviləsinin imzalanacağına dair Azərbaycandan zəmanət tələbinə cavab almağa çalışacağını bildirib.Bununla belə, Paşinyan müxalifətin etirazları davam edəcəyi təqdirdə xalqı küçələrə çağırmaq və ictimai təzyiq göstərmək niyyətində olduğunu, əks halda növbədənkənar seçkilərin keçirilə biləcəyini vurğulayıb.“Hayastan” bloku isə Azərbaycandan sülh müqaviləsi ilə bağlı zəmanət alınsa belə, konstitusiya dəyişikliklərinə qarşı səs verəcəyini bəyan edib.