Jul 04, 2019 21:48 Asia/Baku
  • ABŞ-ın təcavüzkar pilotsuzunu ovlamış pasdarlar yüksək qiymətləndiriliblər
    ABŞ-ın təcavüzkar pilotsuzunu ovlamış pasdarlar yüksək qiymətləndiriliblər

Sepah komandanlarından və İran məclisinin üzvlərindən bir qrupunun iştirakı ilə keçirilən mərasimdə İran İslam Respublikasının ölkə sularına təcavüz etmiş Amerika pilotsuzunu ovlamış pasdarların şücaəti yüksək qiymətləndirilib.

Bu mərasimdə amerikan pilotsuzun qalıqlarını dənizin dərinliklərindən toplamış dalğıclara və dəniz bölmələrinə də təşəkkür edilibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı kontr-admiral Əlireza Təngsiri bu mərasimdə deyib: Amerikan pilotsuzun İran İslam Respublikasının ərazisinə təcavüzü Amerikanın bölgədəki cinayətkarlığı və təcavüzkarlığına və İran İslam Respublikası ilə ziddiyyətinə digər bir möhkəm sənəddir.

Kontr-admiral Təngsiri əlavə edib: Düşmən bilməlidir ki, heç bir ədavətli və təcavüzkar əməl və hərəkət cavabsız qalmayacaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı həmçinin deyib: İran əcnəbilərin iştirakı olmadan təhlükəsizliyin qorunması üçün qonşu ölkələrə tərəf qardaşlıq əli uzadır və bu ölkələr bilməlidirlər ki, əcnəbilər bölgəni alovlandırırlar.

Teqlər

Şərhlər