Aug 26, 2019 08:08 Asia/Baku
  • Zərif Çinə yola düşüb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Fransadan geri döndükdən sonra bu gün səhər tezdən bir nümayəndə heyəti ilə Çinin paytaxtı Pekinə yola düşüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi ötən cümə günü bildirmişdi ki, Zərif İran İslam Respublikasının fəal və müvazinətli diplomatiyası istiqamətində bazar ertəsi günündən Çinə, Yaponiyaya və Malayziyaya səfərə çıxacaqdır.  Amma Zərifin Fransaya səfərinə görə, o, bazar ertəsi günü səhər tezdən Pekinə yola düşdü.

İran İslam Respublikasının xarici işlər naziri Fransanın xarici işlər naziri Jan İv Le-Drianın dəvəti ilə İran və Fransa prezidentləri arasındakı son təşəbbüslər barədəki məşvərətləri davam etdirmək üçün dünən axşam Fransanın Biarrits şəhərinə, yeddilər qrupu sammitinin keçirildiyi məkana səfər etdi.

İranın xarici işlər naziri Biarrits şəhərində Fransanın prezidenti Emmanuel Makron, bu ölkənin xarici işlər naziri Jan İv Le-Drian, həmçinin Almaniya və İngiltərənin nümayəndələri ilə görüşdü.

Zərif dünən gecə Biarritsi tərk etməzdən öncə twitter-də vurğuladı ki, İranın fəal diplomatiyası konstruktiv anlaşmanın reallaşması istiqamətində davam edir. O, yazıb: Qarşıda duran yol çətindir, amma imtahan etməyə dəyər.

Yeddilər qrupunun başçıları şənbə günündən üç gün müddətinə Biarrits şəhərində bir araya gəldilər.

Yeddilər qrupu üzvlərinin bildirdiklərinə görə, İran bu qrupun sammitinin birinci günündə bəhs olunan əsas mövzulardan biri olubdur.

Tehran və Paris son həftələrdə nüvə anlaşmasını xilas etmək məqsədilə danışıqlara başlayıblar.

Teqlər

Şərhlər