Sep 01, 2019 14:58 Asia/Baku
  • "Kiyan" tipli İran pilotsuzunun təqdimatı olub

İran İslam Respublikası ordusunun hava hücumundan müdafiə qüvvələri günü ilə bir zamanda bu qüvvələrin "Kiyan" tipli döyüş və müdafiə pilotsuzunun təqdimatı olub.

Bu gün, sentyabrın biri, İran İslam Respublikası ordusunun hava hücumundan müdafiə qüvvələri günüdür.

İran İslam Respublikası ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Əlireza Səbahifərd "Kiyan" pilotsuzunun təqdimatı mərasimində deyib ki, "Kiyan" döyüş və müdafiə pilotsuzu iki növdə və yüksək sürət qabiliyyəti ilə istehsal olunub. O, qeyd edib ki, bu pilotsuz dəqiqvurma tapşırıqlarını yerinə yetirmək istiqamətində yüksək uçuş davamlılığı, kəşfiyyat və izləmə tapşırıqları üçün konstruksiya edilibdir.

General Səbahifərd əlavə edib: Modern "Kiyan" pilotsuzu pilotsuzluq qabiliyyətini genişləndirməklə hava hücumundan müdafiə qüvvələrində bu imkanı yüksəldəcəkdir.

İran İslam Respublikası ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı vurğulayıb: Bu modern təyyarə ordunun baş komandanının göstərişi və himayəsi ilə hava hücumundan müdafiə qüvvələrinin pilotsuz bölməsinin gənc mütəxəssisləri tərəfindən təqribən bir il ərzində konstruksiya və istehsal edilərək, əməliyyat sınağından keçirilibdir.

Teqlər

Şərhlər