Sep 19, 2019 19:21 Asia/Baku
  • Musəvi: İran bölgədə gərginlik istəmir
    Musəvi: İran bölgədə gərginlik istəmir

İran xarici işlər nazirliyinin sözçüsü vurğulayıb ki, İran İslam Respublikası bölgədə gərginlik istəmir. O, deyib: İran görəcəyi bir işin məsuliyyətini öz üzərinə götürmək üçün yetərincə qüdrətlidir.

Seyyed Əbbas Mousəvi Əlaləm telekanalı ilə müsahibədə Amerika rəsmilərinin ərəbistanın Aramko neft təsisatlarına qarşı hücumlarda İranın rol oynamasına dair ittihamlarına işarə edərək, deyib: Bu ittihamın dəlillərindən biri, məzlum Yəmən xalqının müdafiə gücünə inanmamaqdır.

İran xarici işlər nazirliyinin mətbuat katibi təcavüzkar səud koalisiyasının məktəblər və xəstəxanalarda yəmənli uşaqlara qarşı hücumlardakı cinayətlərinə və dünya ictimaiyyətinin bu cinayətlər qarşısında susmasına işarə edərək, söyləyib: Yəmənin məzlum xalqı təcavüzkarı durdurmaq üçün hər bir vasitə ilə özünü müdafiə etməlidir.

Mousəvi vurğulayıb ki, İran İslam Respublikası bölgədə stabillik və təhlükəsizlik yaratmaq və xalqın məsləhətləri istiqamətində öz nüfuzundan istifadə edir. O, əlavə edib: İran İslam Respublikasının bölgədə terrorizmlə mübarizə üçün çəkdiyi zəhmətlər regionda və dünyada hamının xeyrinədir.

 

Teqlər

Şərhlər