Oct 02, 2019 19:45 Asia/Baku
  • İranın milli gücü düşmənlərin təzyiqlərinə rəğmən, artıbdır
    İranın milli gücü düşmənlərin təzyiqlərinə rəğmən, artıbdır

İran İslam Respublikasının prezidenti düşmənlərin İran xalqına qarşı təzyiqlərinə toxunaraq, vurğulayıb ki, böyük İran xalqının gücü və yeri il yarım ardıcıl iqtisadi təzyiqdən sonra daha aydın və daha yüksək olubdur.

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında vurğulayıb ki, İranın iqtisadi şəraiti və sabitliyi bir il bundan öncədən daha yaxşı olub. O, deyib: İranın mərkəzi bankının məlumatına əsasən, ölkənin milli pul vahidinin dəyəri ötən ilə nisbətən qırx faiz artıma malik olubdur.

Ruhani həmçinin BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka olmuş səfərinə toxunaraq, deyib: Əgər xalqın müqaviməti, iqtisadi göstəricilərdə sabitliyin davam etməsi və İranın silahlı qüvvələrinin qüdrəti olmasaydı, İran İslam Respublikası prezidentinin otağının arxasında növbəyə durmazdılar.

Teqlər

Şərhlər