Oct 19, 2019 20:12 Asia/Baku
  • İranın müdafiə naziri İraqın hökuməti və ordusuna təşəkkür edib

İranın müdafiə naziri İraqın daxili işlər naziri və bu ölkə ordusunun qərargah rəisi ilə telefon söhbətində iraqlı rəsmilərin dəyərli səylərinə, xüsusən İraq xalqının qonaqpərvərliyinə görə təşəkkür edərək, onu iki ölkənin dərin bağları, həmrəyliyi və qardaşlığının simvolu adlandırıb.

Böyük Hüseyn(ə) Ərbəini mərasimində iştirak üçün Müqəddəs Kərbəla və Nəcəfi-Əşrəf şəhərlərinə getmiş briqada generalı Əmir Hatəmi möhtəşəm Hüseyn(ə) Ərbəini yürüşünü hazırkı dövrdə yeni islami sivilizasiyana zəminyaradan amil adlandırıb.

Əmir Hatəmi bildirib ki, möhtəşəm Hüseyn(ə) Ərbəini yürüşü İslamın düşmənlərini və bədxahları son dərəcə narahat edibdir. O, əlavə edib: İslam Dünyasının bu müstəsna hadisəsinin hegemonçuluq sisteminin medialarından eşidilməməsi və görünməməsi üçün böyük səylər göstərildi, lakin onlar Ərbəinin bir mediaya çevrilməsindən, hər bir zəvvarın bir media olmasından və şiələrin üçüncü imamı, həmçinin o həzrətin vəfalı köməkçilərinin zülmlə mübarizə, azadlıqsevərlik və haqsevər mesajını dünyanın müxtəlif nöqtələrinə ötürməsindən xəbərsiz idilər.

Teqlər

Şərhlər