Nov 07, 2019 12:53 Asia/Baku
  • QH ABŞ-ın İran nümayəndəliyinə qarşı məhdudiyyətləri ilə müxalifət edib
    QH ABŞ-ın İran nümayəndəliyinə qarşı məhdudiyyətləri ilə müxalifət edib

Ooşulmama Hərəkatı Amerikadan istəyibdir ki, İran daxil olmaqla bu hərəkata üzv bəzi ölkələrin diplomatlarına tətbiq etdiyi məhdudiyyətləri dərhal götürsün və özünün BMT qərargahı razılaşması altındakı məsuliyyətlərinə əməl etsin.

İranın BMT-dəki səfiri Eshaq Ale-Həbib, çərşənbə günü axşam BMT Baş Assambleyasının altıncı komitəsində BMT-yə ev sahibliyi edən ölkə ilə münasibətlər komitəsinin hesabatı məsələsində Qoşulmama Hərəkatı tərəfindən qeyd edib ki, bu hərəkat BMT qərargahı və ofislərinə ev sahibliyi edən ölkələrin hökumətlərarası problemlərin həlli, çoxtərəfli diplomatiyanın asanlaşdırılması və multilateralizmin qorunmasındakı həyati roluna təkid edir.

Ale-Həbib əlavə edib: Bu məhdudiyyətlər beynəlxalq hüquq normalrı, BMT qərargahı razılaşmaları və diplomatik münasibətlərdə Vyana konvensiyasının aşkar şəkildə pozulması deməkdir.

İran İslam Respublikasının BMT-dəki səfiri deyib: Qoşulmama Hərəkatı  BMT Baş Assambleyasına qısa və real bir qətnamə təqdim etmək niyyətindədir ki, ev sahibliyi edən ölkəni diplomatik münasibətlər barədə Vyana Konvensiyası və təşkilatın qərargah razılaşmasının həyata keçməsində məsuliyyətli hesab etmiş olsun.

 

 

 

Teqlər

Şərhlər