Yan 22, 2020 11:58 Asia/Baku
  • Xalqın şəhid Soleymani ilə vida mərasimindəki geniş iştirakı Amerikanın fitnəsini alt-üst etdi
    Xalqın şəhid Soleymani ilə vida mərasimindəki geniş iştirakı Amerikanın fitnəsini alt-üst etdi

İran İslam Respublikasının prezidenti deyib: Xalqın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant şəhid Soleymani ilə vida mərasimindəki geniş iştirakı amerikalıların fitnəsini alt-üst etdi.

Həsən Ruhani dünən Ali Mədəni İnqilab Şurasının iclasında İran və İraq xalqlarının iki ölkənin müxtəlif şəhərlərində general-leytenant şəhid Soleymani ilə vida mərasimindəki iştiraklarına işarə edərək, deyib: Bu geniş iştirak səbəb oldu ki, Amerika şəhid Soleymaninin terrorundan sonra hətta müttəfiqlərini belə özü ilə yanaşı edə bilməsin.

İran prezidenti vurğulayıb: General şəhid Soleymaninin terrorundan sonra bəzi Avropa ölkələrinin başçıları telefon əlaqələrində bu məsələ ilə bağlı təəssüf ifadə edib, Amerikanın bu hərəkətini region üçün təhlükəli adlandırdılar.

İraqın məsul şəxslərinin rəsmi dəvəti ilə yanvarın 3-də bu ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu-Məhdi Əlmuhəndis və digər səkkiz nəfərlə yanaşı, amerikalı terrorçuların Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid oldu.

 

 

Teqlər

Şərhlər