Mart 27, 2020 07:41 Asia/Baku
  • Yəmən ən böyük insan faciəsinə məruz qalıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü xarici qüvvələrin Yəmənə təcavüzünə və bu ölkənin beş il ərzində mühasirə olunmasına işarə edib. Deyib ki, Yəmən ən böyük insan faciəsinə məruz qalıbdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən sonra belə söyləyib: Xarici qüvvələrin Yəmənə hərbi təcavüzü və bu ölkənin beş il ərzində hava, dəniz və qurudan zalımcasına mühasirə olunması həmin ölkə xalqına yardımın çatdırılması yollarını bağlayıb və hazırda Yəməndə insani vəziyyətin ağırlaşdığı və minimum imkanların olmadığı bir şəraitdə koronavirusun yayılması nigarançılıqları ikiqat artırıbdır.

Mousəvi həmçinin BMT baş katibinin koronavirus pandemiyasınını mənfi nəticələri ilə mübarizəyə daha çox hazır olmaq üçün Yəmən də daxil olmaqla bütün dünya bölgələrində baş verən savaşlarda atəşkəsin bərqərarı üzrə təklifinə işarə edib. Bildirib ki, İran Yəmən xalqının mühasirəsini aradan qaldıracaq və savaşı dayandıracaq hər cür təşəbbüsü alqışlayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: BMT baş katibinin savaşın dayandırılmasına dair təklifi bu sahədə koalisiyanın real addımlar atması və Yəmənin mühasirəsinin aradan qaldırılması ilə yanaşı olarsa, sülh və sabitliyin bərqərarı üçün bir yarığın açılmasından ötrü əsas bir addım və minlərlə günahsız insanın ölümünün qarşısnın alınması istiqamətində mühüm addım ola bilər.

BMT baş katibi Antonio Quterreş bazar ertəsi günü axşam koronavirusla mübarizə üçün müharibə baş verən bölgələr xüsusiyyət təşkil etməklə bütün dünyadakı bütün qarşıdurmaların darhal dayandırılmasını istədi.

Səud koalisiyasının Yəmənə qarşı savaşının beşinci ili 2020-ci il martın 26-da başa çatır. İndiyədək bu savaş nəticəsində yüz min nəfərdən çox insan birbaşa və ya dolayısı ilə öldürülübdür.

YƏMƏN ƏN BÖYÜK İNSAN FACİƏSİNƏ MƏRUZ QALIB

Şərhlər