Apr 06, 2020 09:17 Asia/Baku
  • Şiələrin böyük təqlid mərcələri 15 şəban gecəsində dua etməyə çağiriblar
    Şiələrin böyük təqlid mərcələri 15 şəban gecəsində dua etməyə çağiriblar

İranın müqəddəs Qom şəhərində şiələrin böyük təqlid mərcələrindən bir qrupu koronavirusla mübarizə üzrə hazırlanmış təlimatlara və səhiyyə təkidlərinə riaəyət zərurətini vurğulayıb. Onlar eyni zamanda şəban ayının 15-ni bu nəhs virusun aradan qaldırılmasından ötrü ilahi dərgaha dua etmək üçün böyük bir fürsət adlandırıblar.

15 şəban-9 aprel, dünya şiələrinin 12-ci imamı- Həzrət Məhdi(əc)-in mübarək mövlud gününün ildönümünə təsadüf edir.

Qom şəhərindəki şiələrin böyük təqlid mərcələrindən olan Ayətullahuluzma Məkarem-Şirazi, deyib: 15 şəban gecəsində bütün xalq öz evində əllərini qaldırıb, dua edərək, xəstələrin tez bir zamanda sağalmaları və koronavirus xəstəliyinin bitməsini Allah-Taaladan diləsin.

Digər böyük təqlid mərcəyi Ayətullahuluzma Hoseyn Vəhid Xorasani də bildirib ki, elliklə dua etməyə təkid olunur və tez müstəcab olur. O, tövsiyə edib ki, bütün iranlılar öz mənzillərində və ailələrinin arasında 15 şəban gecəsi düz gecə saat on birdə İmam Zaman(əc)-in Fərəc duasını oxusun, sonra da bir Həmd surəsini Həzrət Sahib Əzzəman(əc)-in möhtərəm anası Həzrət Nərcis Xatun(s.ə)-a hədiyyə etsinlər.

Ayətullahuluzma Vəhid Xorasani vurğulayıb ki, Allah-Taalanın rəhmət qapıları 15 şəban gecəsində bəndələrin üzünə açıqdır. O, vurğulayıb ki, Həzrət Vəliyyi Əsr(əc)-ə təvəssül etməklə Pərvərdigarın rəhməti öz bəndələrinin halına şamil olacaq.

Həmçinin böyük təqlid mərcələrindən olan Ayətullahuluzma Hoseyn Nuri Həmədani koronavirus pandemiyasına toxunaraq, deyib: Mömin və dindar xalq bir gündə və bir saatda, hamılıqla öz yerində tövbə və təvəssül etsin ki, inşaallah, Allah-Taala bu bəlanı bəşəriyyətin üzərindən götürmüş olsun.

TƏQLİD MƏRCƏLƏRİ 15 ŞƏBAN GECƏSİNDƏ DUA ETMƏYƏ ÇAĞIRIBLAR

Şərhlər