Avq 12, 2020 15:56 Asia/Baku
  • İranın ağartı məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir

İranın Gömrük Təşkilatının mətbuat ketibi deyib: "Son dörd ayda İrandan dünyanın 30 ölkəsinə 154 milyon dollar dəyərində müxtəlif növ ağartı məhsulları ixrac edilib".

SəhərAzəri xəbər verir, İranın Gömrük Təşkilatının mətbuat ketibi Seyid Ruhullah Lətifi yerli istehsalçıların səyləri nəticəsində İranın süd məhsulları sahəsində idxalçı ölkədən  ixracatçı ölkəyə çevrilməsini bəyan edərək, əlavə edib: "Son dörd ayda İran dünyanın müxtəlif ölkələrinə 152 min 580 ton ağartı məhsulları ixrac edib. 

Lətifi qeyd edib ki, koronavirusdan irəli gələn problemlər, sərhədlərdə fəaliyyətlərin dayandırılması və ticarət məhdudiyyətlərinə rəğmən dünyanın 30 ölkəsi, o cümlədən Kanada, Almaniya, Britaniya, Avstraliya, Rusiya və Türkiyə İranın süd məhsullarının məqsədi olubdur.

 İranın Gömrük Təşkilatının mətbuat ketibi ixrac edilən məhsullara təzə pendir, qurut, qablaşdırılmış kərə yağı, pasterizə olunmuş ayran, süd, qatıq, quru südün daxil olduğunu bildirərək, xatırladıb ki, keçən il ağartı məhsulları İranın qeyri-neft ixracatının 15 faizini təşkil edib.

Teqlər

Şərhlər