İstənilən səhv addıma ağrılı zərbələrlə cavab veriləcək
https://azeri.sahartv.ir/news/İran-i423190-İstənilən_səhv_addıma_ağrılı_zərbələrlə_cavab_veriləcək
"Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı xəbərdarlıq edib ki, ABŞ İrana qarşı hər hansı səhvə yol verərsə, onun regiondakı bütün bazaları və maraqları heç bir məhdudiyyət və ya güzəşt olmadan dağıdıcı hücumların hədəfinə çevriləcək.
(last modified 2026-09-20T14:23:07+00:00 )
Sen 20, 2026 18:19 Asia/Baku
  •  İstənilən səhv addıma ağrılı zərbələrlə cavab veriləcək

"Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı xəbərdarlıq edib ki, ABŞ İrana qarşı hər hansı səhvə yol verərsə, onun regiondakı bütün bazaları və maraqları heç bir məhdudiyyət və ya güzəşt olmadan dağıdıcı hücumların hədəfinə çevriləcək.

"Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının bəyanatında deyilir: "Əldə edilən kəşfiyyat məlumatlarına əsasən, cinayətkar Amerika öz məğlubiyyətlərini ört-basdır etmək və uydurma nailiyyətlər əldə etmək məqsədilə sionistlərin yalanları və hiylələri ilə başladılan və onların aldadıcı əməlləri ilə davam etdirilən müharibəni uzatmaq qərarına gəlib".Bəyanatda qeyd olunur ki, "Vaşinqton bəzi region ölkələrinin “yaşıl işığı” ilə və Avropa ölkələrindən birində keçirilən birgə görüşdən sonra İrana qarşı düşmənçilik hərəkətlərini bərpa etməyi hədəfləyir". “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı xəbərdarlıq edib ki, “əgər Amerika İslam Respublikasına qarşı səhvə yol verərsə, onun regiondakı bütün bazaları və maraqları heç bir məhdudiyyət və ya güzəşt olmadan ağır zərbələrin hədəfinə çevriləcək.”Bəyanatda, həmçinin vurğulanıb ki, əgər region ölkələri İran İslam Respublikasına qarşı ikili standartlar siyasətini davam etdirərək, təcavüzkar hərəkətlərində ABŞ ilə həmrəy olsalar, onların hamısı bu şər əməldə şərik hesab olunacaqlar və belə bir vəziyyətdə İran Silahlı Qüvvələrindən təmkin və ya güzəşt gözləyə bilməzlər.