Avq 21, 2020 07:30 Asia/Baku
  • Amerikanın sanksiyaların bərpası istiqamətində səyə heç bir haqqı yoxdur

İran xarici işlər naziri dünən BMT Təhlükəsizlik Şurasının sədrinə məktubda Amerikanın İrana qarşı sanksiyaların bərpası üçün nüvə anlaşmasında dərc olunmuş mexanizmlərdən sui-isitfadə üzrə qanunsuz hərəkətini rədd edib.

SəhərAzəri xəbər verir, İran xarici işlər naziri vurğulayıb ki, Vaşinqtonun sanksiyaların bərpası istiqamətində səyə heç bir haqqı yoxdur.

Məhəmməd Cavad Zərif bu məktubda dünya ictimaiyyətini Amerikanın bu tələbi qarşısında dayanmağa çağırıb.

İran xarici işlər naziri vurğulayıb ki, Amerikanın keçmiş ləğv olunmuş qətnamələrin bərpası istiqamətində özünü haqlı saymaq üzrə əsaslandırmaları heç bir etibar və legitimliyə malik deyildir. O, sonra bildirib ki, Vaşinqtonun qanunsuz və təhlükəli mövqeyi beynəlxalq hüquq normalarının yerinə düşmüş qaydalarına göz yumubdur.

Zərifin BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanan məktubunda vurğulanıb: Sanksiyaların tətbiqi İnsan Haqları Şurası, BMT Baş Assambleyasınını çox sayda qətnaməsi, Beynəlxalq Ədalət Məhkəməsinin hökmü, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və nüvə anlaşmasının biabırçı tərzdə pozulması və pis niyyətin aydın təzahürüdür.

İran xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda tövsiyə edibdir ki, ABŞ-ın nüvə anlaşmasındakı ixtilafların həlli üzrə mexanizmdən, özü də bu anlaşmanın məhvi üzrə açıq hədəflə sui-istifadə etməsinin qarşısını alaraq, Birləşmiş Ştatların bildirişini qəbul etməkdən və onun üzərində yaranmış təsirləri rəsmən tanımaqdan çəkinsin.

Zərif sonda vurğulayıbdır ki, iranlılar haqlı olaraq bu şuradan gözləyirlər ki, onların həmin qətnamədəki hüquqlarını təmin etsin və İran xalqına ağır ziyan vurduğuna görə, Birləşmiş Ştatları cavabdeh etmiş olsun.

Amerika iki il bundan öncə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan nüvə anlaşmasından rəsmi şəkildə çıxsa da yeni bir hüquqi şərhdə iddia edir ki, bu qətnamənin maddələrinə əsasən, hələ də nüvə anlaşmasının üzvlərindən biridir və bu çərçivədə həmin anlaşmada qeyd olunan mexanizmlərdən, o sıradan tətik mexanizmindən istifadə etmək haqqına malikdir.

ABŞ prezidenti Donald Tramp, 2018-ci il mayın 8-də Vaşinqtonun BMT-nin Təhlükəsizlik Şurası qarşısında götürdüyü öhdəlikləri pozaraq, birtərəfli qaydada ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və nüvə sanksiyalarının geri qayıtdığını elan etdi.Trampın bu hərəkəti geniş daxili və beynəlxalq tənqid və pisləmələrlə üzləşdi.

Teqlər

Şərhlər