ABŞ xalqına məktubda İranın məntiqini açıqladıq
https://azeri.sahartv.ir/news/İran-i423330-abŞ_xalqına_məktubda_İranın_məntiqini_açıqladıq
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü bildirib ki, ABŞ xalqı ilə səmimi, məntiqli və reallığa əsaslanan şəkildə danışmaq qərarına gəliblər.
(last modified 2026-09-29T14:32:02+00:00 )
Sen 29, 2026 18:29 Asia/Baku
  • ABŞ xalqına məktubda İranın məntiqini açıqladıq

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın sözçüsü bildirib ki, ABŞ xalqı ilə səmimi, məntiqli və reallığa əsaslanan şəkildə danışmaq qərarına gəliblər.

Brigade generalı Hüseyn Mühibbi mətbuat konfransında deyib: “ABŞ xalqına məktub göndərməkdə məqsədimiz sadəcə media təbliğatı aparmaq deyil, İranın məntiqi ilə tanışlıq yaratmaqdır”. Mühibbi əlavə edib: “Bu addım qısamüddətli və sırf təbliğat xarakterli bir addım deyil. Əgər məqsəd yalnız təbliğat və ya media əməliyyatı həyata keçirmək olsaydı, bir neçə tvit paylaşmaqla və ya ötəri media fəaliyyətləri ilə zahiri təsir yaratmaq mümkün idi”. .