Sen 26, 2020 13:09 Asia/Baku
  • Sepah-ın iki ədəd

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Hava-Kosmos Qüvvələrinin eyni anda iki müxtəlif hədəfi "Rəd-500" tipli raket ilə vurmaq qabiliyyətinə malik olan raket atıcı qurğusu Tehranda Müqəddəs Müdafiə həftəsi münasibətilə keçirilən sərgidə nümayiş etdirilib.

Səhər Azəri İRİB-yə istinadla bildirir ki, 2020-ci il fevral ayında İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Hava-Kosmos Qüvvələri tərəfindən təqdim edilən bərk yanacaqlı "Rəd-500" raketləri karbon lifli gövdələr və Qeyri-metal və kompozit gövdəli "Zəhir" adlı yeni mühərrik kimi texnologiyalardan istifadə edilərək, İran İslam Respublikasının istehsal etdiyi raketlərdir.

Raketin gövdəsində karbon liflərin istifadəsi, Rəd-500 tipli raketləri buraxılışın ilk anında yüksək təzyiq və gərginliyə davamlı edir və əldə edilən məlumata görə, 100 bar təzyiqə və 3 min selsi temperatura dözümlüdür.

Həmçinin, bu texnologiya yəni qeyri-metal və kompozit gövdələrdən istifadə raketin radardakı effektiv səpələnmə sahəsinin azalmasına səbəb olur və bu raketlər asanlıqla zenit-raket sistemlərindən yayına bilirlər.

Karbon liflərdən istifadənin digər üstünlüyü raketin yüngül olmasıdır. Bu da onun daha çevik olmasına habelə, Rəd-500 modelində onun uçuş məsafəsinin artmasına səbəb olur. Gövdəsi metaldan olan "Fatih-110" raketi ilə müqayisədə isə karbon liflərdən istifadə "Rəd 500" raketinin çəkisinin iki dəfə az olmasına imkan verib. Uçuş məsafəsinə gəlincə isə "Rəd 500" raketi rəqibini 200 kilometr üstələyərək, 500 kilometrə çatıbdır.

Teqlər

Şərhlər