Oct 06, 2019 21:43 Asia/Baku
  • İranlı velosipedçi beynəlxalq yarışların gümüş medalçısı olub
    İranlı velosipedçi beynəlxalq yarışların gümüş medalçısı olub

İranlı velosipedçi Mohəmməd Gəncxanlı beynəlxalq velosipedsürmə turnirinin yekun etapında gümüş medal alıb.

34-cü İran-Azərbaycan Respublikası beynəlxalq velosipedsürmə yarışlarının beşinci və sonuncu etapında belçikalı velosipedçi Tomas Cozef birinci olub. Malayziyadan Yusif Rəcih Yu bürünc medalçı olub.

İran-Azərbaycan Respublikası beynəlxalq velosipedsürmə yarışlarının son etapı bu gün Səreyndən Təbrizə doğru 188 kilometr məsafədə keçirilib.

34-cü İran-Azərbaycan Respublikası beynəlxalq velosipedsürmə yarışlarında on ölkədən 80 velosipedçi mübarizə aparıb.

Bu yarışın iştirakçıları beş mərhələdə 878 kilometr məsafəni keçiblər.

Şərhlər