Fev 18, 2020 08:20 Asia/Baku
  • Azərbaycan Respublikası vətəndaşlarının xarici səfərlərinin məqsədləri arasında İran birinci yerdə durur
    Azərbaycan Respublikası vətəndaşlarının xarici səfərlərinin məqsədləri arasında İran birinci yerdə durur

Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsi bu gün bildirib ki, cari milad ayının ilk ayında Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərlərində 32.2 faiz artım müşahidə olunub.

Bu məlumata görə, 2020-ci ilin ilk ayında 433 min 700 Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib və bu səfərlərdən 38.1 faizi İran İslam Respublikasına həyata keçib. 

İran son illərdə Azərbaycanlı turistlərin diqqət mərkəzində olmuşdur. 

Azərbaycan Respublikası vətəndaşları daha çox, alış-veriş, müalicə, dini məkanları ziyarət və Naxçıvan Muxtar Respublikasına quru səfər məqsədi ilə İran İslam Respublikasına səfər edirlər. 

Azərbaycan Respublikası Dövlət Statistik Komitəsinin bildirdiyinə görə, bu ölkə vətəndaşlarının xarici səfərləri cari ilin ilk ayında ötən ilin oxşar dövrü ilə müqayisədə 21.5 faiz artıb. 

Həmçinin cari milad ilinin ilk ayında Azərbaycan Respublikasının xarici səfərə çıxan vətəndaşlarının 29.9 faizi Gürcüstan, 16.8 faizi Rusiya və 9.7 faizi Türkiyəni məqsəd seçiblər. 

Şərhlər