Jul 01, 2018 08:24 Asia/Baku
  • ABŞ-da Trampın anti-miqrant siyasətlərinə qarşı etiraz
    ABŞ-da Trampın anti-miqrant siyasətlərinə qarşı etiraz

Amerikanın müxtəlif bölgələrində Trampın anti-miqrant siyasətlərinə qarşı etiraz aksiyaları keçirilib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Amerikanın müxtəlif şəhərlərində aksiyaçılar Trampın anti-miqrant siyasətlərinə qarşı şuarlar səsləndiriblər. 

Bu məlumata görə, Vaşinqton DC-də küçə yürüşündən əlavə sosial şəbəkə istifadəçiləri də "Ailələr biri-birinə aiddir" Heştegi ilə Trampın miqrantlara qarşı siyasətlərinə etiraz ediblər. 

Amerikan medialar öncə bildirmişdilər ki, bu ölkənin müxtəlif ştatlarında 600 şəhərdə aksiya keçiriləcəyi qərara alınıb. 

Tramp hökumətinin may ayından bəri  "sıfır dözüm" adlanan anti-miqrant siyasətlərinin icrasına başlanandan sonra 2300-dən çox uşaq ailələrindən ayırılıblar. 

Teqlər

Şərhlər